MALİYYƏ

Blinken İlham Əliyevlə danışacaq

"Mən ABŞ dövlət katibi Entoni Blinkenin yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışmaq imkanı əldə edəcəyini gözləyirəm".

ENA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə deyib.

“Dövlət katibi bu gün (dünən-red.) Ermənistan lideri ilə danışıb. Ümid edirəm ki, yaxın günlərdə onun Prezident Əliyevlə danışmaq imkanı olacaq. Biz konstruktiv dialoqun bərpa olunmasını istəyirik. Biz ikitərəfli əməkdaşlığa hazırıq. Biz keçmişdə etdiyimiz kimi, tərəfdaşlarla ATƏT vasitəsilə və ya lazım gələrsə, üçtərəfli şəkildə əlaqə saxlamağa hazırıq”, - Prays bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)