Gündəm

Putin bu gün yeni səfərbərlik elan edə bilər

Rusiya prezidenti Vladimir Putin bu gün yeni səfərbərlik dalğasının elan edilməsi haqqında verdiyi qərarı ictimaiyyətə açıqlaya bilər.

ENA.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) ekspertləri ehtimallarını bölüşüblər.

Onlar belə qənaətdədirlər ki, Putin bu gün Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qərarını açıqlayacaq.

"Putin rus xalqına müraciət etmək üçün simvolikaya böyük önəm verir və xüsusi tarixi günlərdən istifadə edir. Ola bilsin ki, bu gün o, qərarını açıqlasın", - qeyd olunub.

Xatırladaq ki, Rusiya prezidenti bu gün Sankt-Peterburqa səfərə gedir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)