ENA+

Sosial şəbəkələrlə bağlı təklif... - QANUNA DƏYİŞİKLİK EDİLİR

Xəbər verdiyimiz kimi, “Gənclər siyasəti haqqında” qanuna birinci oxunuşda bır sıra dəyişikliklərin edilməsi məsələsi təklif edilir.

"BI" xəbər verir ki, dəyişikliklərdə təklif edilən bəndlərdən biri gənclərin informasiya texnologiyalarından və sosial şəbəkələrdən istifadəsi ilə bağlıdır. Qanuna 4.0.21-ci məzmunda əlavə edilən maddədə bildirilir ki, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə  və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilmsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüquququn qorunmasına nəzarət təmin edilir. 

Sözügedən maddəylə bağlı parlamentin Gənclər və idman komitəsinin üzvü Əli Hüseynli çıxış edib. Onun sözlərinə görə, bu, çox fundamental məsələdir: “ Çünki bu vasitələrdən ən çox gənclər istifadə edir. Müşahidə onu göstərir ki, sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin toxunulmazlığı hüququ pozulur. Bu  bizim digər qanunlarımızda var. Amma biz onu tam təmin edə bilməmişik.  Bu baxımdan bilmək istəyirəm ki, hüququn  qorunmasına nəzarətimi nəzərdə tuturuq? Məncə, məqsədimiz hüququn qorunması olmalıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)