“Modern Group” ləğv edilir
“MODERN GROUP” MMC-in ümumi Yığıncağı 13.01.2023-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ5500, Şəki rayonu, Şəki şəhəri, Bağbanlar, ev.2/2ünvana bildirə bilərlər.
Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğunövbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.
Qeyd edək ki, “Modern Group” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Vüsal İslamovdur.