Gündəm

Sülh getdikcə yaxınlaşır - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın məğlubiyyətindən danışıb.

ENA.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.

"Rusçuluq bu müharibəni uduzmalıdır - hər yerdə və hər şeydə. Quruda, havada, dənizdə, enerji sektorunda, iqtisadiyyatda, siyasətdə və nəhayət Ukraynaya qarşı təcavüzünə görə beynəlxalq tribunalda. Hər gün tərəfdaşlarımızla birlikdə terrorçular üçün bu aqibəti daha da yaxınlaşdırırıq. Sülh hər gün getdikcə daha yaxın olur", - deyə Ukrayna prezidenti qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)