Gündəm

Pensiyalar artımla birlikdə veriləcək - RƏSMİ

"Hər ay pensiyaların qrafikdən bir neçə gün əvvəl ödənişi həyata keçirilir və bu ay üzrə də pensiyaların ödənişinin qrafik üzrə aparılmasında hansısa gecikmə özünü göstərmir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, bu ay üzrə yenilik və pensiyaçılara dəstək olaraq bütün pensiyaçılara ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləğinin 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilməsi ilə əlaqədər elektron sistemlərdə texniki işlər icra olunmaqdadır.

"Artıq bu işlər yekunlaşmaqdadır və qısa müddətdə başa çatdırılaraq, pensiyaların ötən il üzrə verilən maddi yardımın hər aya düşən məbləği də əlavə olunmaqla, yəni yeni artımla ödənişinə başlanacaq",- Rəşad Mehdili vurğulayıb.

Qeyd edək ki, qurum rəsmisi bundan öncə saytımıza açıqlamasında pensiyaların yanvar ayının 11-də ödəniləcəyini demişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)