Gündəm

Taksi qiymətləri kəskin ARTDI

Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb.

ENA.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında məlumat paylaşıblar.

Bildirilib ki, qardan sonra taksi tapmaq çətinləşib. Məlumata görə, bundan əvvəl 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat gediş haqqı tələb olunur. 

Qeyd edək ki, ötən gecədən başlayaraq Bakı və Abşeron yarımadasında qar yağır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)