Qarabağ

Blinken Bayramov və Mirzoyanla danışacaq

ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla telefon danışığı olacaq.

Mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.

O, hər iki telefon danışığının yaxın günlərdə baş tutacağını bildirib. Lakin detallar açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)