Azərbaycanda biodizel yanacağı istehsal ediləcək
"Brioil" MMC Balaxanı Sənaye Parkının rezidenti statusu alıb. Şirkət işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində bildiriblər ki, "Brioil" şirkətinə sənaye obyektlərinin tikintisi üçün 1350 kvadratmetr yer verilib. Yeni müəssisənin yaradılmasına sərmayələr 3 milyon manat təşkil edəcək. Şirkət 20 iş yeri yaradacaq. Biodizel istehsalının illik həcmi, təkərlərin istifadəsinin miqdarı barədə məlumat verilmir.