Azərbaycanda sahibkara 2 milyon manat kredit verildi

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Siyəzən rayonunda taxıl anbarı kompleksinin genişləndirilməsi üçün 2 milyon manat kredit ayırıb.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.
Onun sözlərinə görə, güzəştli kredit sahibkar Vüqar Qardaşova verilib.