Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Dünya bazarında neftin qiyməti bir qədər bahalaşıb. Treyderlər Çində koronavirus məhdudiyyətləri yumşaldıqdan sonra tələb artımı perspektivini də qiymətləndirirlər.
ENA.az xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,24% artaraq 84,88 dollar/barelə, WTI markalı neftin fevral fyuçerslərinin qiyməti 0,14% artaraq 79,64 dollar təşkil edib.
Qeyd edək ki, Çinin səhiyyə komitəsi hökumətin yanvarın 8-dən etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağı planlaşdırdığını açıqlayıb. Xüsusilə ölkəyə daxil olanlar üçün karantin rejimi ləğv ediləcək.