Naxçıvanda general vəzifədən azad edildi - YENİ TƏYİNAT
![](https://ena.az/uploads/news/2022-12/_ena_2046c3eab5a265c7ff2fc15e5_o.jpg)
Dövlət Sərhəd Xidmətində daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.
ENA.az xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.
Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.