Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsindən ilk AÇIQLAMA - VİDEO
![](https://ena.az/uploads/news/2022-12/_ena_e42f3d39d07fc2f509434aa77_o.jpg)
"Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq".
ENA.az xəbər verir ki, bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:
“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.
Səlahiyyətli nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.
Daha ətraflı aşağıdakı video: