Sənaye

Almaniyada yeni ildən qazın qiyməti 112% artacaq

Almaniya sakinlərini enerji qiymətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlərə baxmayaraq, 2023-cü ildə qaz və elektrik enerjisi tariflərinin əhəmiyyətli dərəcədə artması gözləyir.

Bu barədə “Verivox” onlayn qiymət müqayisə platformasına istinadən yerli “Handelsblatt” qəzeti məlumat yayıb.

“Qaz üçün 112 faiz artım: Almaniya hökumətinin enerji qiymətlərini məhdudlaşdırmaq üçün tədbirlərinə baxmayaraq, enerjinin qiyməti kəskin şəkildə artır”, – deyə məlumat bildirilir.

Qeyd edilir ki, yanvar ayında Almaniyanın elektrik istehlakçıları keçən payızdan təxminən 44 faizdən çox ödəməli olacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)