Putin İlham Əliyevi TƏBRİK ETDİ
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti”.