Azərbaycan neftinin qiyməti cüzi artıb
"Azeri Light" markalı Azərbaycan neftin qiyməti cüzi artıb.
ENA.az xəbrə verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,95 % artaraq 87,22 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.