Azərbaycana idxal edilən buğda bahalaşıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 398 milyon 10 min ABŞ dolları dəyərində 1 milyon 168 min ton buğda idxal edilib.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 38.4%, həcmi isə 15% artıb.
2021-ci ilin 11 ayında isə Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 18 min ton buğda idxal edilib.
Belə ki, ötən ilin 11 ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 283 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 341 dollara kimi artıb (orta qiymət təxminən 58 dollar və ya 21% artıb).
Xatırladaq ki, bu ilin yanvar-noyabr ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 3.09%-nə bərabər olub.