Gündəm

Prezidentin tapşırıqları əsas fəaliyyət istiqamətimiz olacaq - Azər Zeynalov

"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən ENA.az-a verilən məlumata görə, bunu Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalov altıncı çağırış səkkizinci sessiyada çıxışı zamanı bildirib.

A.Zeynalov əlavə edib ki, fəaliyyəti dövründə dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacaq.

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Ali Məclisin Sədri Vasif Talıbovun səhhəti ilə bağlı müraciətinə baxılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Talıbovu bu vəzifədə birinci müavin Azər Zeynalov əvəz edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)