Qarabağ

İrandan Laçın yolunun bağlanmasına REAKSİYA

İran Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə Laçın yolu məsələsinin tezliklə həllinə ümid edir.

ENA.az xəbər verir ki, bunu “İsna” agentliyinə müsahibəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani deyib.

"İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər".

Kanani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)