MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

Dekabrın 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.

Tənzimləyicinin məlumatına görə, hərracda tələb 93,4 milyon dollar təşkil edib və tam təmin olunub.

Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayının ortalarından rəqabətli şəraitdə xarici valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department