Sosial iqtisadiyyat

Özbəkistan Orta Dəhlizlə ilk yük qatarını yola saldı

Dekabrın 16-da Özbəkistandan Avropaya Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə ilk konteyner qatarı yola düşüb.

ENA.az “Xronika Turkmenistana”ya istinadən xəbər verir ki, bu barədə “Uztemiryulkonteyner” məlumat yayıb.

Yük qatarı mis konsentratı ilə yüklənmiş 46 vaqon və 91 ədəd konteynerdən ibarət olub.

Bildirilib ki, qatar "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu ilə hərəkət edir. Marşrutun uzunluğu 4000 kilometrdən çoxdur.

Qeyd edək ki, Orta Dəhliz kimi tanınan marşrut dəmir yolu bərələri vasitəsilə Türkmənistan, Azərbaycan və Gürcüstandan, həmçinin Xəzər və Qara dənizlərdən keçir. Avropa İttifaqı Rusiya ərazisindən keçən ənənəvi Şimali Avropa-Asiya dəmir yolu marşrutuna alternativ olaraq Orta Dəhlizi təşviq edir. Avropa Yenidənqurma və İnkişaf Bankı noyabrda Rusiyadan yan keçməklə Avropa və Asiya arasında yükdaşıma marşrutlarının inkişafına milyardlarla avro sərmayə qoymağa hazır olduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)