Aqrar

Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 859,3 milyon ABŞ dolları, Ukraynaya 351,5 milyon dollar, Belarusa isə 91 milyon dollar olub.

On bir ayda Azərbaycanda ixrac əməliyyatlarında ən az göstərici noyabrda qeydə alınıb. Bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi isə oktyabrdadır. Belə ki, oktyabrda ixrac əməliyyatları 5 milyard 190,1 milyon ABŞ dolları, noyabrda isə 1 milyard 628,6 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 36 milyard 335,5 milyon dollar olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)