Vardanyan Xankəndidə mitinq çağırdı
Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan Xankəndidə mitinq çağırıb.
ENA.az xəbər verir ki, Ruben Vardanyan bu barədə Facebook-da açdığı canlı yayımda bildirib. O, aksiyanı günorta saat 15.00-a təyin edib.
Vardanyan separatçılara aksiyaya mümkün qədər çox adam cəlb etməyi tapşırıb.