MALİYYƏ

Gömrük xətti ilə büdcə daxilolmaları 5 milyard manatı ötdü

Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr ayları ərzində gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmini açıqlayıb.

ENA.az Komitəyə istinadən xəbər verir ki, hesabat dövründə gömrük daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 29.2% artaraq 5 milyard 89 milyon 591.1 min manat təşkil edib.

Hesabata əsasən, təkcə noyabr ayı ərzində gömrük xətti ilə 442 milyon 85­0.6 min manat həcmin­də vergi və rüsum daxil olub. Bu da ötən ilin noyabr ayı ilə müqayisədə 17.4% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)