Müəllimlərin diferensial əməkhaqqına keçməsi bu tarixə qədər yekunlaşacaq
“Dörd sinfə 16 müəllim düşməsi heç bir halda doğru deyil, bunu tənzimləmək lazımdır. 2026-cı ilə qədər müəllimlərin diferensial əməkhaqqına keçməsi yekunlaşacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, çox az sayda şəhid ailə üzvləri sosial həssas qrupa aid üzvlərini sertifikasiyadan azad edilə bilər: “Əsas narahat olduğumuz müəllim təbəqəsi 44-55 yaşda olanlardır”.