MALİYYƏ

Azərbaycanın tədiyyə balansında 17.7 milyard dollar profisit yaranıb

2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.

Cari əməliyyatlar balansında 17.7 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 7.6 mlrd.$ artıb.

Bu dövrdə xam neftin orta qiyməti 107$/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2.0 mlrd.$ səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)