Bank

"Kapital Bank"ın səhmdarları ilin əvvəlində dividendi bölmək üçün toplaşacaqlar

2023-cü il yanvarın 12-də “Kapital Bank” ASC-nin səhmdarları növbədənkənar ümumi yığıncqda bankın fəaliyyəti ilə əlaqədar məsələləri, o cümlədən dividendlərin ödənilməsini müzakirə edəcəklər.

Bankın yerləşdirdiyi xəbərə görə, səhmdarların növbədənkənar ümumi yığıncağında imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi və digər məsələlər müzakirə ediləcək.

Bundan əlavə, səhmdarlar bankın fəaliyyəti ilə əlaqədar məsələləri müzakirə edəcəklər.

30 sentyabr 2022-ci il tarixinə bankın nizamnamə kapitalı 245,85 milyon manata bərabərdir.

“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aktivlərinin həcminə görə ölkənin ilk üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)