ABŞ Ukraynaya “Patriot” sistemləri verə bilər
ABŞ prezidenti Cozef Baydenin administrasiyası bu həftə Ukraynaya “Patriot” raketdən müdafiə sistemləri (ABM) göndərmək planlarını açıqlaya bilər.
ENA.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən “CNN” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, ABŞ rəsmiləri bu məsələni yekunlaşdırmaq üzrədir.
Eyni zamanda, müvafiq sənəd Baydenə imzalanmaq üçün göndərilməzdən əvvəl ölkənin müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir. Mənbələrin məlumatına görə, sənədin təsdiqlənməsi gözlənilir.
Tədarük planları razılaşdırıldıqdan sonra bu cür raketdən müdafiə sistemlərinin mümkün qədər tez Kiyevə çatdırılacağı və Ukrayna hərbçilərinin Almaniyanın Qrafenvöhr şəhərindəki ABŞ ordusu bazasında “Patriot”dan istifadə üzrə təlim keçəcəyi gözlənilir.