Vakansiyalar

Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1000-1500 AZN

Marketinq üzrə mütəxəssis

 Son tarix 13 yan 2023 

Namizədə olan tələblər:

  • Ali təhsil (marketinq və ya iqtisadiyyat yönümlü)
  • Marketinqin nəzəri əsaslarını yaxşı səviyyədə bilməlidir
  • Mətbəə işləri, media buying, KİV ilə işlər üzrə bilik və təcrübəsi olmalıdır
  • Enerjili, marketinq sahəsində karyera qurmaq istəyən namizədlər axtarılır
  • Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir
  • Məsuliyyətli və punktual olmalıdır
  • Azərbaycan və rus yaxşı səviyyədə danışa bilməlidir. (İngilis dili üstünlükdür).Nitqi aydın və səlis olmalıdır.
  • MS Word və MS Excel proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır
  • Minimum 3 il iş təcrübəsi olmalıdır
  • Bölgələrə ezamiyyətlərə hazır olmalıdır

Vəzifə öhdəlikləri:

  • KİV ilə əlaqələri təşkil edəcək və sifarişlərin səmərəli icrasını təmin edəcək.
  • POS və promo materialların hazırlanması üzrə sifarişlərin icrasını koordinasiya edəcək.
  • Tədbirlərin təşkili və sərgilərdə şirkətin iştirakının təmin edilməsi ilə bağlı məsul olacaq.
  • Satış nöqtələrinin brendləşmə və merçendayzinq məsələləri üzrə cavabdeh olacaq.
  • Marketinq şöbəsinin fəaliyyəti ilə bağlı digər işlərdə iştirak edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1000-1500 AZN aralığındadır,
  • İş qrafiki : Tam iş günü 5 gün, (Bəzi hallarda şənbə günü növbəli iş qrafiki tətbiq oluna bilər)
  • İş saatları: 08:30-17:30.
  • İş yeri:Çinar Park (Ə.Rəcəbli)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq hr@aisco.az mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department