Gündəm

Rusiya Rövşən Əsgərovu xarici agent siyahısına daxil etdi

Rusiya azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu xarici agent siyahısına daxil edib.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bundan başqa, siyahıya “Dojd” qəzetinin jurnalist Mixail Fişmanın da adı daxil edilib.

Qeyd edək ki, bundan əvvəl Moskva Şəhər Məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarmışdı. Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Belə ki, aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)