Gündəm

“Teleradio” İstehsalat Birliyinin rəhbərliyi dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.

Quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.

O, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən fakt təsdiq edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)