Gündəm

Paşinyan Putinlə Laçın dəhlizini müzakirə edib - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Bişkekdə keçirdikləri görüşdə regionda baş verən hadisələri müzakirə ediblər.  

Məlumata görə, Paşinyan qeyd edib ki, Vladimir Putinlə görüşün gündəliyi çox gərgindir. 

"Təəssüf ki, regionumuzda vəziyyət gərgin olaraq qalır. Əsas məsələ təbii ki, Qarabağdır. Biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginliyin artdığını görürük. Laçın dəhlizi ilə bağlı Qarabağdakı ermənilər də narahatdır”,- Paşinyan bildirib.

****

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

ENA.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd edək ki, görüş Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının sammiti keçirilən Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)