BİZNES

Bakıda da 2 mağazası olan geyim şirkəti iflasın astanasında!

Türkiyənin tanınmış geyim şirkətləri arasında yer alan "Collezione" iflasın astanasındadır.

"BI" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət borclarını ödəmək üçün möhlət istəyib (konkordat elan edib). 

"Collezione"ın ("Akyiğit Mağazacılık A.Ş") müraciətinə baxan məhkəmə, şirkətə 3 aylıq müvəqqəti möhlət qərarı verib. 

"Collezione" 1987-ci ildə fəaliyyətə başlayıb. Şirkətin Türkiyə və dünyada 120 mağazası var. Hazırda Bakıda 2 ünvanda ("Ganjlik Mall"da və  Əhmədli metrosu yaxınlığında) "Collezione" mağazası fəaliyyət göstərir. 

Konkordat elan edən şirkət məhkəməyə müraciət edir. Məhkəmənin qərarı ilə borclu şirkətə borcunu qaytarması üçün möhlət verilir. Borc yeni bir ödəmə planına görə geri qaytarır.  Möhlətin verilməsi üçün borc verənlərin razılığı da tələb oluna bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)