Qarabağ

“Brüsselin arzusu Rusiyanı Qafqazdan çıxarmaqdır” - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində dislokasiya olunmuş missiyası barədə danışıb.

ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova missiyanın məqsədinin başqa olduğunu bildirib.

O, missiyanın səlahiyyət müddətinin uzadılması məsələsinə də toxunub: “Biz bunu şərh etməyəcəyik. Bu mövzu Azərbaycan və Ermənistan arasında müzakirə olunmalıdır”.

“Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”, - XİN sözçüsü əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)