Nazir iki rayona yeni rəis təyin etdi

Qobustan Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr izmalayıb. Əmrə əsasən, polis polkovniki Bəhruz Cabbarov Qobustan RPŞ-ə rəis təyin edilib. O, bundan əvvəl Qubadlı RPŞ-nin rəisi idi.
Nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-ə rəis təyin edilib.