TURİZM

Astanadan Bakıya yeni aviareyslər açılır

2023-cü ilin yaz-yay naviqasiyasında Astanadan Bakıya uçuşların açılması gözlənilir.

ENA.az xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yaz-yay dövründə Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Nyaçanqa, dekabrın 25-dən etibarən Astanadan Bakıya, Çimkənddən Düşənbəyə reyslərin açılması gözlənilir:

"Eyni zamanda, "Air Seychelles" dekabrın 26-dan etibarən Qazaxıstan və Seyşel adaları arasında Almatı-Mae istiqamətində reyslər açmağı planlaşdırır. Bundan əlavə, Qazaxıstan aviaşirkətləri Pakistana - Astana və Çimkənddən Kəraçiyə uçuşlar açmağı, Almatı-Delhi marşrutu ilə Hindistana, Almatı-Çendu marşrutu ilə Çinə, Almatı-London və digər marşrutlarla Böyük Britaniyaya uçuşların sayını artırmağı planlaşdırır".

Məlumata görə, hazırda qazaxıstanlılar dünyanın 29 ölkəsinə birbaşa uçuşlar həyata keçirə bilirlər. Daxili uçuşlar həftədə 687 reys tezliyi ilə 57 marşrut üzrə 5 yerli aviaşirkət tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Qazaxıstan aviaşirkətləri doqquz milyona yaxın sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur. O cümlədən, “Air Astana”nın sərnişin dövriyyəsi təqribən 3,4 milyon nəfər, “FlyArystan”ın – 2,6 milyon nəfər, “SCAT”ın – 2,4 milyon nəfər və "Qazaq air"in – 500 min nəfər təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department