Sülhməramlılar yenə jurnalistlərə mane olmaq istədi - Video
Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-ü keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Xocalıdakı qərargahda müzakirələri davam etdirəcək.
“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.
İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra xidmətdə olan sülhməramlıların onların keçidinə mane olmaq istədiklərini bildirib.
Hadisə yerindən videoreportajı təqdim edirik:
Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.