Çavuşoğlu: “Ümid edirik ki, Ermənistan ağıllanar”
"Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladı, amma bununla stabillik əldə edə bilmədi".
ENA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Veli Universitetində çıxışı zamanı deyib.
“Türkiyə və Azərbaycan olaraq Ermənistana sülhün təmin olunması üçün əl uzatdıq. Ümid edirik ki, Ermənistan ağıllanar və əlaqələr bərpa edilər”, - deyə XİN başçısı bildirib.
M.Çavuşoğlu, həmçinin Şimali Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması məsələsində də toxunub: "Bundan narahat olanlar var. Şimali Kiprin təşkilata üzv olması ilə TDT Aralıq dənizinə çıxmış oldu".