Qarabağ

Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olub.

ENA.az “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, - deyə məlumatda qeyd edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)