Gündəm

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

ENA.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin edilib.

C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini, Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)