Hadisə

Sabiq nazirin qardaşına 12 il iş istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədova cəza istənilib.

"BI" xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 6-da davam etdiriləcək.

İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. 

Daha sonra Ə.Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Lakin Əvəz Əhmədov özünü təqsirli bilməyib. 

Zərərçəkmiş Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)