Bank

AccessBank Naxçıvanda!

AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, yaranmasının 20-ci ildönümündə sayca 30-cu filialını Naxçıvan şəhərində açıb. Yeni filial şəhərin mərkəzində – Gənclər şəhərciyində, Əziz Əliyev 17 küçəsində yerləşir. 

Yeni açılmış Naxçıvan filialında müştərilərə əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif olunur.  

Açılışda iştirak edən AccessBank və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi ölkənin mikromaliyyələşdirmə lideri olan Bankın Naxçıvanda filial açmasını yerli iş mühiti və biznes  üçün,  xüsusən də mikro və aqro sahələrinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıblar. 

AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib ki, Bank bizneslərə dəstək missiyasına sadiqdir: ”Azərbaycanda biznes mühitinin, xüsusilə də MKOB-ların inkişafı bizim üçün priotet məsələlərdir. Xüsusilə Naxçıvan kimi böyük potensiala malik regionun  biznes mühitinin inkişafı, istər pərakəndə, istərsə də mikro-aqro sahədə yeni imkanların yaradılması əsas missiyamızdır.”

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev: ”AccessBank-ın Naxçıvan filialının fəaliyyətə başlaması münasibətilə bankın rəhbərliyini və kollektivini təbrik edirəm. Filialın fəaliyyətə başlamasının Muxtar Respublikada real sektorun inkişafı, həmçinin əhalinin bank məhsul və xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi və banklararası rəqabət mühitinin daha da artırılması baxımından böyük əhəmiyyəti olduğunu düşünürəm.”

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 15-i bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department