"Azexport"a sifarişlər azalıb
Bu ilin yanvar-oktyabr aylarında "Azexport" portalına 393,6 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
ENA.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın noyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.
Təkcə ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,3 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 19,9 % çoxdur.
Ay ərzində ixrac sifarişlərində pambıq yağı, kərə yağı, qurğuşun, tikinti kərpici, toyuq əti, xurma, fındıq, tütün, mühərrik yağı buğda unu və s. məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvar ayından 30 sentyabr 2022-ci il tarixinə kimi (70 ay ərzində) "Azexport"a 145 ölkədən daxil olan sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları olub.