Avtomobil

"Subaru" istehsalı dayandırdı

“Subaru” şirkətinin Yaponiyada yerləşən avtomobil yığma kompleksində (60% avtomobil buraxılışı buranın payına düşür) 16 yanvardan istehsal dayandırılıb.

"BI" xarici KİV-ə istinadən xəbər verir ki, bu adımın atılmasına səbəb sükan gücləndiricisində ciddi defektin aşkarlanmasıdır.

Şirkət istehsalın nə zaman bərpa olunacaqını demir. Bu vaxt ərzində istehsal olunmayan avtomobil sayı 10 min ədədi keçib, bu isə öz növbəsində alıcıların avtomobillərlə təchizatında özünü göstərməyə başlayıb.

Bu xəbərlər fonunda şirkətin səhmləri 4% ucuzlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)