Gündəm

Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olsun - TƏKLİF

Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması təklif edilib.

ENA.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

“Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat heç olmasa gündə iki dəfə pulsuz olmalıdır. İctimai nəqliyyatda avtobusların sayı artırılmalıdır ki, Bakıda tıxac problemi qismən həll olunsun. Ötən günlərdə gənclər və idman naziri işə piyada gedirdi. O, ictimaiyyətə çağırış edirdi ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə etsin və piyada getsin. Mən özüm də ictimai nəqliyyatdan istifadə etməyə çalışsam da, mümkün deyil. Ona görə də, bu problem üzərində həll yolu axtarmaq lazımdır”, - deyə deputat vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)