Hesablama Palatası ARDNF-in 2023-cü il büdcəsinin layihəsinə rəy verib
Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin layihəsinə rəy verib.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, bu gün qurumda növbəti kollegiya iclası keçirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib və rəy geniş müzakirə edilərək təsdiq olunub və ARDNF-in Müşahidə Şurasında baxılması üçün Fonda göndərilib.