Gündəm

Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil - KTMT-nin Baş katibi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda hibrid hücumları dəf etməyə hazır deyil”.

ENA.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas deyib.

“KTMT müxtəlif təsir formalarının olduğu bu cür hücumları, hibrid hücumları dəf etməyə hazırdırmı? Mən deyərdim ki, yox, tam ölçüdə KTMT indi bu cür qarşıdurmaya hazırdır deyil”, - Zas bildirib.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)