Birja

Neftin qiyməti 82 dollardan aşağı düşüb

“Brent” markalı neftin fyuçers müqaviləsinin qiyməti noyabrın 11-dən indiyədək ilk dəfə bir barel üçün 82 dollardan aşağı düşüb.

ENA.az bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Belə ki, neftin maya dəyəri 2,86% azalaraq 1 barelə görə 81,25 dollar təşkil edib.

“WTI” neftinin yanvar fyuçerslərinin qiyməti 3,00 % düşüb və 1 bareli 73,9 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department