Deputat: “Maaşı nə qədər artırsaq da, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir”
“Təsəvvür edin ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
Fazil Mustafa deyib ki, Azərbaycanda dərman vəsaitləri Türkiyə ilə müqayisədə 3 dəfə bahadır: “Kiminsə mənfəət qazanması hesabına onkoloji xəstələr əziyyət çəkir”.