Elm və Texnologiya

Rusiya “Instagram” və “TikTok”un analoqunu yaradıb

Rusiya hökuməti “Instagram”, “TikTok” və “Zoom”un analoqları layihələrinə baxıb. Məlumata görə, hökumət tərəfindən təsdiq olunan sosial şəbəkələr arasında “Looky” (“Instagram” və “Facebook”un analoqu), “Sunlight Play” (“TikTok”un analoqu) və “Dion” (“Zoom”un analoqu) layihələri olub.

ENA.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Daha əvvəl Rusiyanın Dövlət Dumasının informasiya siyasəti Komitəsinin sədr müavini Oleq Matveyçev bildirmişdi ki, hələki “Instagram” və “Facebook”un blokdan çıxarılması imkanları müzakirə olunmur.

Onun sözlərinə görə, bu sosial şəbəkələr “Rusiya əleyhinə işləyir və informasiya siyahı kimi istifadə olunur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)